Seyid Ali İmadeddin Nesimî
Amine 15.3.2019 09:17
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam. Amine 15.3.2019 09:20
Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!
Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çun,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zatinədir bidayətim,
Sən bu nişanda bil məni, bil ki, nişanə sığmazam.
Amine 15.3.2019 09:23
Kimsə gümanı zənnilə olmadı həqqilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
Surətə baxü məniyi sürət içində tanı kim,
Cismilə can mənəm, vəli, cismilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənciyəm,
Bunca qümaşü rəxt ilə mən bu dükanə sığmazam. Amine 15.3.2019 09:25
Gənci-nihan mənəm, mən uş, eyni-əyan mənəm, mən uş
Gövhəri-kan mənəm, mən uş bəhrəvü kanə sığmazam.
Gərçi-mühiti-əzəməm, adım Adəmdir, adəməm,
Tur ilə kün-fəkan mənəm, mən bu məkana sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifəyi ki, mən, dəhrü zəmanə sığmazam. harikachat.net © 2024 TURKUAZHarikachat.net@gmail.com