Azərbaycan bayrağı
Amine 12.3.2019 20:59
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı ! Amine 12.3.2019 21:01
Bir kərə yüksələn bayraq, bir daha enməz...
Məhəmməd Əmin Rəsulzadə Amine 12.3.2019 21:01
Həsrət ilə xəyallarda alışdığım, yandığım,
Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,
Vüsalını uyğularda cəfalarla sandığım,
Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım,
O əzablı tale ilə qardaşlaşan bayrağım.
Başın üstən fəlakətlər əsib keçdi yel kimi,
Qabarman da, çəkilmən də dağdan aşan sel kimi,
Taleyin də dərdli imiş bu bəlalı el kimi,
İldırımlar başın üstən çaxıb keçdi, bayrağım,
Bəxt ulduzu göylərindən axıb keçdi, bayrağım. Amine 12.3.2019 21:02
Yetmiş ildə yağıların əyib bükdü belini,
O əzablı hekayətin yandırdıqca elini,
Bağladılar min bir yerdən qıfıl ilə dilini…
Haqq, ədalət döyülsə də bükülmədi, bayrağım,
Millət qanı nahaq yerə tökülmədi, bayrağım.
Ey üç rəngli ay-ulduzum, məhbus eldə doğuldun,
Fitnələrlə, fitvalarla qara əldə boğuldun,
Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğruldun,
Parla şərəf dünyasında al günəş tək, bayrağım,
Dol, bu təşnə ürəklərə bir atəş tək, bayrağım. harikachat.net © 2024 TURKUAZHarikachat.net@gmail.com