___Mehemmed FuzuLi ___
Amine 20.2.2019 15:28
Doğum tarixi-1494
Doğum yeri-Kərbəla, İraq
Vəfatı-1556
Vəfat yeri-Kərbəla, İraq
Vəfat səbəbi-taun xəstəliyi
Atası-Süleyman
Uşağı-Feyzullah
Vətəndaşlığı- Osmanlı İmperiyası
Peşəsi-şair
Əsərlərinin dili-ərəbcə,farsca türkcə(azərbaycanca)
Janr-Qəzəl,Qəsidə Müsəddəs,Tərkibbənd Tərcibənd,Rübai,Qitə,Mürəbbe Amine 20.2.2019 15:36
___Məni Candan Usandırdı..___
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı? Amine 20.2.2019 15:42
___Canı kim cananı üçün sevsə, cananın sevər___
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,
Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.
Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.
Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.
Su ki, sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.
Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,
Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.
Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib,
Qayəti derlər, ola bir bəndə sultanın sevər. Amine 20.2.2019 15:44
___Ey bivəfa ki, adət olubdur cəfa sana___
Ey bivəfa ki, adət olubdur cəfa sana,
Billah cəfadır, olma demək bivəfa sana.
Gəh nazü gəh girişməvü gəh işvədir işin,
Canın sevənlər olmasa yey aşina sana.
Min can olaydı kaş məni-dilşikəstədə,
Ta hər birilə bir gəz olaydım fəda sana.
Eşqində mübtəlalığımı eyb edən sanır
Kim, olmaq ixtiyar ilədir mübtəla sana.
Ey dil ki, hicrə doymayıb istərsən ol məhi,
Şükr et bu halə, yoxsa gələr bir bəla sana.
Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,
Bildirdi ola surəti-halım səba sana.
Düşməz çü şah qürbi, Füzuli, gədalərə,
Ol şəhdən iltifat nə nisbət mana, sana. harikachat.net © 2024 TURKUAZHarikachat.net@gmail.com